Haqqımızda

1x1.az saytı ilə biz, cəmiyyətdə olan bazarlama əməliyyatlarında pulunuza qənaət etmək istəyirik və sizə istədiyiniz hər bir şeyi icarəyə götürmək və icarəyə vermək üçün yardım olan vahid 1x1.az platforması yaratmışıq. Biz, nəisə icarəyə vermək istəyən və nəyisə icarəyə almaq istəyən insanları bir araya gətiririk.

Bu hər birşey ola bilər: Avtomobil, daşınmaz əmlak, oyun cihazları, foto və video kameralar, ağır texnika və s.

1x1.az saytından istifadə edən hər bir təcrübəli şəxslərlə əlaqə quraraq, müəyyən müddətlik lazım olacaq əşyanı, geyimi, nəqliyyatı və s. almaq əvəzinə artıq xərc ödəmədən, icarəyə götürə bilərsiz.

www.1X1.az saytı, 21 dekabr 2018 - ci ildə keçirilən MilliNET Milli İnternet Mükafatının Xidət (Servis) nominasiyası üzrə QALİBİ oldu. İlin ən yaxşı servis saytı nominasiyasını qazandı.

İstifadə Etmədiyin Əşyadan Pul Qazan!

Fikir vermisinizmi ki, sizin istifadə etmədiyiniz əşyanın üstünə toz yığılıb və evinizdə artıq yer tutur? Bundan sonra 1x1.az saytının köməkliyi ilə bu baş verməyəcək. İstifadə etmədiyiniz əşyalarınızı 1x1.az -da icarəyə verməklə pul qazanmaq imkanına yararlana bilərsiz. Evinizdə oturaraq, rahat bir şəkildə qazanc əldə edəcəksiniz. Siz qazandığınız təqdirdə, əşyanızı icarəyə götürən şəxslər də puluna qənaət edəcəkdir.

İcarə şirkətləri bizimlə güclənəcək!

Şirkətinizin icarəyə verdiyi hər bir şeyi 1x1.az veb saytına ödəniş etmədən yerləşdirə bilər. Elanınızı yerləşdirdiyiniz zaman, sizin elanınızı minlərlə izləyici izləyəcək və istifadəçilər sizə birbaşa müraciyət edəcəkdirlər. Biz sizin şirkətin icarəyə verdiyi bütün məhsulları veb səhifəmizin ŞİRKƏTLƏR bölümündə nümayiş etdirəcəyik və sizin işinizdə yardımçı olacayıq.