Səhifənin təsviri

1x1.az özlüyündə kirayə xidmətləri təklif etmir. Veb səhifə, əşyalarını kirayə vermək və lazımi əşyanı kirayə götürmək istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Biz əşya sahibi və kirayəçi arasında olan heç bir əməliyyata müdaxilə etmirik. Bu səbəbdən, heç bir halda 1x1.az kirayə razılaşmasının bir hissəsi hesab edilə bilməz.

Veb səhifə hər kəs üçün açıq ərazi və sadəcə üzvlər üçün olan özəl bölmədən ibarətdir. Hər kəs üçün açıq ərazi veb səhifədə qeydiyyatdan keçmiş üzvlərin yerləşdirdikləri kirayə təkliflərini görməyə imkan verir. Özəl bölməyə giriş sadəcə istifadəçi adı və şifrə ilə mümkündür. Burada Siz şəxsi məlumatlarınıza daxil ola və orada dəyişikliklər edə bilərsiniz (bundan sonra “üzvün hesabı”), həmçinin kirayə təklifləri dərc edə, rezervasiya sorğusu göndərə, hər hansı əşyaya və ya üzvə rəy bildirə, kirayə təkliflərini idarə edə, qeydiyyatdan keçdiyiniz gündən etibarən hesabızın statistik analizini izləyə və bal balansınızı artıra bilərsiniz.

O cümlədən, öz elanlarını yerləşdirmək istəyən şirkətlər, öz bölümünü 1x1.az saytında, qeyd olunacaq özəl şirkətlər qrupunda görmək istədiyi təqdirdə, ödənişsiz olaraq şirkətlər bölümündə qeydiyyatdan keçərək öz elanlarını yükləyə bilər. Hər bir prosedur administrasiya tərəfindən təsdiq ediləndən sonra dərcə ediləcəkdir.