About

  • What is 1x1.az?

    1x1.az saytı ilə biz, cəmiyyətdə olan bazarlama əməliyyatlarında pulunuza qənaət etmək istəyirik və sizə istədiyiniz hər bir şeyi icarə götürmək və icarə vermək üçün yardım olan vahid 1x1.az platforması yaratmışıq. Biz, nəisə icarə vermək istəyən və nəyisə icarə almaq istəyən insanları bir araya gətiririk.

  • Will there be rental services?

    1x1.az özlüyündə kirayə xidmətləri təklif etmir. Veb səhifə əşyalarını kirayə vermək və lazımi əşyanı kirayə götürmək istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Biz əşya sahibi və kirayəçi arasında olan heç bir əməliyyata müdaxilə etmirik. Bu səbəbdən heç bir halda 1x1.az kirayə razılaşmasının bir hissəsi hesab edilə bilməz.

  • Can anyone take advantage of this site?

    Bəli! 1x1.az veb səhifəsindən hər kəs istifadə edə bilər.

  • Are there any commissions?

    Veb səhifəyə giriş, qeydiyyat, istifadə, kirayə təklifinin yerləşdirilməsi və kirayə götürmək tamamilə ödənişsizdir.

  • Can I add the ads for sales?

    Satışa aid elan yerləşdirmək qəti qadağandır. Səhifəyə ancaq və ancaq icarə üçün vermək istədiyiniz elanlar yerləşdirilməlidir. Əks halda elanınız dərc olunmayacaq.

  • In which categories I can add the ads?

    Siz, kateqoriyalar bölümündə yerləşən - Daşınmaz Əmlak, Nəqliyyat (Avtomobil, Ağır Texnika, Toy Avtomobilləri, Moto), Aksesuarlar, İstirahət və Əyləncə, İdman və Musiqi, Məişət əşyaları, Stolüstü Oyunlar, Toy üçün hər şey, Velosiped, Bəy və Gəlin paltarları, Geyim, Usta alətləri, Oyun Konsolu, Uşaq üçün hər bir şey, Elektronika, Ov alətləri, Kitablar, Film təchizatları və Digər kateqoriyalara uyğun elanınızı ödənişsiz şəkildə yerləşdirə bilərsiniz.

  • What is the purpose of the COMPANY section?

    Şirkətlər bölümünə ancaq, on və daha çox icarə elanı yerləşdirə biləcək şəxslər və ya şirkətlər elanını yerləşdirə bilər. Bunun üçün ana səhifədə ayrılmış xüsusi bölümdə öz profilinizi görmək istəyirsinizsə, şirkətlər adı altında qeydiyyatdan keçin və bütün məlumatları doldurduqdan sonra elanlarınızı yerləşdirin. Sizin profiliniz və elanlarınız, administrasiyanın təsdiqindən sonra ana səhifənin şirkətlər bölümündə yerləşdiriləcəkdir.

  • How to collect the points? and why are they needed?

    Xalınızı artırmaq üçün ilk növbədə siz öz profilinizin daxilinə keçin. Daha sonra profilinizin şəkili altında olan Xalını artır bölümünə keçin.

    Siz xallarınızı artırmaqla, Elanı irəli çəkə və ya Elanı VİP edə bilərsiniz. Bunu üçün aşağıda qeyd edilən tələbləri əməl etməyiniz gərəkdir:

    1. Yuxarıda qeyd olunan referal linki sosial şəbəkədə paylaşmaqla xallarınızı sürətlə artıra bilərsiniz. Sizin qeyd etdiyiniz referal linkiniz vasitəsi ilə hər qeydiyyatdan keçənə görə sizə 2 xal veriləcəkdir.

    2. Hər əlavə edilmiş elana görə sizə 1 xal veriləcəkdir.

    3. Profilinizin aktivliyinə görə administrasiya tərəfindən sizə xallar veriləcəkdir.

Profile

  • What is a profile and how to create it?

    Siz qeydiyyatdan keçdiyiniz zaman və elan yerləşdirdiyiniz zaman avtomatik qeydiyyatdan keçmiş olursunuz və ya əvvəlcədən Facebook, Twitter, Google+ sosial şəbəkələrinin köməkliyi ilə daha surətli qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçən kimi avtomatik olaraq profiliniz yaranmış olur. Odur ki, qeydiyyatdan keçdiyiniz məlumatları unudmayın və öz profilinizə daxil olaraq elanlarınızı izləyin. Profilinizin daxilinə girmək üçün, yuxarıda sağ küncdə olan adınızın üstünə tıklayın.

  • Why needed a message section?

    Siz profilinizin daxilində olan məktublarım bölümü vasitəsi ilə sizə gələn məktubları oxumaq və cavablandırmaq imkanına maliksiniz. Sizin yerləşdirdiyiniz elanın daxilinə girən şəxs sizə məktub formasında da müraciyət edə bilər. Odur ki, hər gün profilinizi yoxlamaq və məktublar bölümünə baxmaq sizin üçün daha əlverişli olar.

  • Why needed a notification section?

    Profilinizin daxilində olan, mənim bildirişlərim bölümü vasitəsi ilə, administrasiya tərəfindən sizə göndəriləcək bildirişləri izləyə bilərsiniz. Bu xalların artırılması ilə bağlı və ya digər məlumatlar ola bilər.

  • Why needed the My Announces section?

    Profilinizin daxilində olan mənim elanlarım bölümü vasitəsi ilə siz, yerləşdirdiyiniz hər bir elanınızı görə bilərsiniz. İstədiyiniz elanı pozmaq və ya redaktə edilməsi üçün, administrasiyaya e-mail vasitəsi ilə və ya aşağıda sağ küncdə qeyd edilmiş çat vasitə ilə elanınızın nömrəsini və dəyişikliklər barəsində məlumat yazmağınız gərəkdir.

  • Why needed a Reservations section?

    Profilinizin daxilində olan İcarə Sorğuları bölümü vasitəsi ilə sizin yerləşdirdiyiniz elanların rezervasiyasını təsdiqləmək və ya ləğv etmək imkanına maliksiz. Buna görə sizin telefon nömrənizə sms gəldikdə, profilinizin daxilində olan İcarə Sorğusu bölümünə girməlisiniz və elanı təsdiqləyə və ya imtina etməlisiniz.

  • Why needed a section Rented by me?

    Profilinizin daxilində olan İcarə Etdiklərim bölümü vasitəsi ilə siz, icarə etdiyiniz hər bir elanı görə bilərsiniz. Bununla belə siz hər hansı digər elanı rezerv etdikdə bu bölməyə rezerv etdiyiniz elanın təsdiqləndiyini və ya imtina edildiyini görəcəksiniz.

  • Why needed a Favorites section?

    Profilinizin daxilində olan İstək Listi bölümü vasitəsi ilə siz, istək listinə əlavə etdiyiniz elanları görə bilərsiniz. Bunun üçün siz, hər hansı bir elanı yadda saxlamaq üçün və gələckdə istifadə etmək üçün, elanın daxilinə girərək aşağı sağ tərəfdə yerləşən istək listinə tıklayaraq onu İstək Listinə əlavə edə bilərsiniz.

  • Why needed a Settings section?

    Profilinizin daxilində olan Ayarlar bölümü vasitəsi ilə siz, profil məlumatlarını dəyişə və şifrənizi yeniləyə bilərsiniz.

  • How can I change my profile photo?

    Profil şəklinizi dəyişmək üçün, profilinizə daxil olduqdan sonra, mausu şəklinin üzərinə gətirdikdə, şəklin altında Şəklini dəyiş yazısı çıxacaqdır. Şəkli dəyiş yazısına tıladıqda yeni şəklinizi əlavə edə bilərsiniz.

Lending

  • Who can rent the goods?

    İstənilən şəxs, 1x1.az saytına daxil olaraq istədiyi kateqoriya üzrə məhsulu icarə götürə bilər.

  • How can I rent goods?

    İcarə almaq üçün, istənilən kateqoriyaya daxil olub icarə götürmək istədiyiniz məhsula daxil olun. Məhsul haqqında məlumatları oxuduqdan sonra, qiyməti və yerləşdiyi məsafə (elanın yerləşdiyi ünvanı görmək üçün Xəritədə göstər bölümünə keçə bilərsiniz) sizi qane etdisə o zaman icarə alacağınız tarixi - məhsulu geri qaytaracağınız tarixi seçin və ƏLAQƏ VASİTƏSİNİ GÖSTƏR düyməsini tıklayın. Düyməni tıkladıqdan sonra, yuxarıda qeyd olunacaq əlaqə vasitələri, icarə verən şəxsin əlaqə vasitələri və ismidir. Siz elanın sahibinə, yani icarə verən şəxsə zəng edib məhsul haqqında daha da dəqiq məlumat ala bilərsiniz və ya öz telefon nömrənizi boş xanada qeyd edərək REZERVASİYANI TƏSDİQ ET düyməsini tıklayıb rezervasiyanı davam edə bilərsiniz. Sizin qeyd etdiyiniz telefon nömrəsinə SMS vasitəsi ilə təsdiqləmə şifrəsi gələcəkdir. Həmin şifrəni növbəti boş xanaya daxil etdikdən və KODU TƏSDİQ ET düyməsini tıkladıqdan sonra sizin rezervasiyanız tamamlanmış olacaqdır.

  • Is it possible to take the goods for rent without registration?

    İcarə alan şəxsin qeydiyyatdan keçməsi mütləq deyil. İstənilən şəxs qeydiyyatsız şəkildə istənilən məhsulu icarə götürə bilər. Qeydiyyatdan keçmiş şəxslər üçün icarə götürdükləri məhsulların öz profilində baxışı və məhsulları reytinqləməsi mümkün olacaqdır. O cümlədən, icarə verən şəxs tərəfindən hər hansı bir bildirişi görə bilər.

  • Return of the leased goods?

    İcarə götürülən məhsul rezervasiyada qeyd edildiyi tarixdə geri qaytarılmalıdır və ya məhsulun sahibi ilə birbaşa əlaqə saxlayıb məhsulun geri qaytarılmasını razılaşdırılan bir məbləğ ödəməklə geri qaytara bilər. Geri qaytarılmayan məhsul, icarə verən şəxs tərəfindən polisə şikayət etmə hüququna malikdir və məhsulu geri qaytarmayan şəxs Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, oğurluq və ya fırıldaqçılıq maddələri əsasında cəzalandırılacaqdır.

Add ads

  • How to add the ads?

    ELAN YERLƏŞDİR bölümünə keçib, istədiyiniz kateqoriyanı seçin və tam ödənisiz şəkildə elanınızı yerləşdirin. Hər bir kəs istədiyini icarə vermək üçün elan yerləşdirə bilər. Siz qeydiyyatdan keçərək və ya qeydiyyatsız şəkildə elanınızı yerləşdirə bilərsiniz. Qeydiyyatdan keçmənin üstünlükləri FAQ - ın Profil bölümündə baxa bilərsiniz.

  • What is the Main section?

    ÜMUMİ bölümdə siz elanınızın adını qeyd edərək, elanızın hansı kateqoriyaya aid olduğunu seçin. Bu, Velosiped, Usta alətləri, Kitab, Məişət əşyaları, Stolüstü oyunlar, Toy üçün hər şey, İstirahət və Əyləncə, Aksesuarlar, Bəy və Gəlin paltarları, Geyim, İdman və Musiqi, Oyun Konsolu, Elektronika, Ov alətləri, Uşaq üçün hər şey, Film təchizatları və Digər kateqoriyalar ola bilər.

  • What is the TRANSPORT section?

    Əgər siz, nəqliyyata aid elan yerləşdirmək istəyirsinizsə o zaman NƏQLİYYAT bölümünü seçməyiniz gərəkdir. Bu, Avtomobil, Toy üçün maşınlar, Ağır texnika və Moto ola bilər. Elan yerləşdirdiyiniz zaman bütün xanaları tam dəqiqliklə doldurmağınız məsləhət görülür.

  • What is REAL ESTATE section?

    Əgər sizin yerləşdirəcəyiniz elan əmlakla bağlıdırsa o zaman ƏMLAK bölümünə keçin. Burada siz, Yeni tikili mənzil, Köhnə tikili mənzil, Ev, Villa, Bağ, Ofis, obyekt və Xaricdə icarəlik əmlak yerləşdirə bilərsiniz. Xahiş olunur elan yerləşdirdiyiniz zaman bütün xanaları dəqiqliklə doldurun.

  • How to select the address?

    Elanınızı yerləşdirdiyiniz zaman, ən əsas bölümlərdən biri Ünvan bölümüdür. Ünvanınızı tam dəqiqliklə yazmağınız xahiş olur və ya sağ tərəfdə Location ikonu ilə qeyd edilən düyməni tıklayaraq ünvanı xəritədə qeyd edə bilərsiniz. Əgər sizin Kompyuterinizdə, smartfonunuzda və ya planşetinizdə lokasiya açıqdırsa elan yerləşdirdiyiniz ünvan dəqiqliklə avtomatik qeyd ediləcəkdir. O zaman, yerləşdirdiyiniz məhsul qeyd etdiyiniz ünvanda olmasını dəqiq baxınız.

  • How to write a price for a product?

    Siz yerləşdirdiyiniz məhsulunuzun qiymətləndirilməsini tam azad olaraq özünüz yaza bilərsiniz. Qeyd edilən - Günlük qiymət, Həftəlik qiymət və Aylıq qiymətlərdən ən azı birini qeyd etməyiniz gərəkir. Əgər sizin yerləşdirəcəyiniz elan saatlıq qiymətləndirilirsə o zaman çox asanlıqda Saatlıq qiymət bölümünü seçə bilərsiniz.

  • How to upload product photos?

    İlk öncə yerləşdirəcəyiniz şəkil elana uyğun olmalıdır. Məhsulun öz şəkili olması daha uyğundur. Şəkilin minimum sayı bir ədəd maksimum sayı isə beş ədəd olmalıdır. Şəkillər tam aydın çəkilməli və Jpg, Png və Gif formatında olmalıdır. Şəkil əlavə et düyməsinə tıkladıqda və istədiyiniz şəkili axtarıb seçdikdə və ya istədiyiniz şəkili ayırılmış çərçivənin içinə atdıqda şəkil yüklənəcəkdir. Şəkilin formatı düzgün seçilmədikdə şəkil yüklənməyəcəkdir. Şəkilin mövzusu yerləşdirilən elanla uyğun gəlmədikdə, sizin elan administrasiya tərəfindən ləğv ediləcəkdir.

  • What is in Show more info section?

    Elan yerləşdirdiyiniz zaman, məlumatları daha geniş şəkildə qeyd edilməsini istəyirsinizsə o zaman Daha geniş göstər slaydın üstünə klikləyə bilərsiniz. Burada siz, Depozit, Elanın mövcudluğu tarixi (Hansı müddətdə elanın qalmasını istəyirsiniz) və YouTube linki (Siz elanınızı videoya çəkərək və ya elanınıza uyğun hazır video taparaq linki qeyd edilən bölümə yerləşdirə bilərsiniz) qeyd edə bilərsiniz.

Security

  • Why needed a rating?

    1x1.az hər bir üzvün şəxsiyyətini müəyyən edə bilməz. 1x1.az üzvlər və istifadəçilər üçün “Rəy” və “Qiymətləndirmə” bölməsini yaratmışdır, bunun vasitəsilə əşya sahibi və kirayəçi bir-birləri haqqında rəy bildirə və qiymətləndirmə apara bilərlər. Bu “Rəy” və “Qiymətləndirmə” gələcəkdə həmin üzvlər haqqında məlumat əldə etmək üçün digər üzv və istifadəçilər tərəfindən istifadə edilə bilər. Bir neçə üzv və istifadəçi tərəfindən mənfi rəy bildirimiş və qiymətləndirilmiş üzv veb səhifə tərəfindən platformadan kənarlaşdırılacaqdır.İstifadəçilər arasında etibarlılığın artırılması üçün digər sistemlər də 1x1.az tərəfindən istifadəsi mümkün vəziyyətə gətirilmişdir (məsələn, facebook, google, twitter və s.).

  • Is the website 1x1.az have any responsibilities?

    1x1.az üzvlər və istifadəçilər arasındakı heç bir əməliyyata müdaxilə etmədiyindən üzvlər və istifadəçilər 1x1.az-ı (həmçinin onun üzvü olduğu şirkətlər qrupunu, korporativ işçilərini) yarana biləcək bütün öhdəliklərdən azad edir. Üzvlər və istifadəçilər arasında yaranmış münaqişə, şikayət, əşyada zədələnmələr, ödənişdə problemlər və digər hər hansı birbaşa və ya birbaşa olmaya öhdəlik üçün 1x1.az heç bir məsuiyyət daşımır.

    Veb səhifədə yerləşdirilmiş hər hansı yalnış, tam olmayan məlumat, tövsiyə və rəy üçün 1x1.az məsuliyyət daşımır. Üzvlər tərəfindən təklif edilən əşya və xidmətlərin keyfiyyətinə görə veb səhifə heç bir məsuliyyət daşımır.

    Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı maliyyə itkisinə görə 1x1.az məsuliyyət daşımır.

    Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı birbaşa, birbaşa olmayan və ya digər zərərlər üçün 1x1.az rəhbərliyi, işçiləri, səhmdarları və digər nümayəndələri heç bir məsuliyyət daşımır.

    Veb səhifədə yerləşdirilmiş kirayə təkliflər, kontentlər və ya digər materiallarda müəllif hüquqlarının, brendin və ya digər əqli mülkiyyət hüquqlarının pozulnasına görə 1x1.az məsuliyyət daşımır. Həmçinin veb səhifəyə yerləşdirilmiş materialların viruslardan (Trojan horses və s.) azad olduğuna 1x1.az heç bir zəmanət vermir.

    Yaranmış hər hansı məlumat, zaman, maddi itkiyə görə 1x1.az heç bir məsuliyyət daşımır.

  • Foolish?

    Hər hansı üzvün fırıldaqçılıq halları 1x1.az tərəfindən müəyyən edildikdə həmin üzvün hesabı bloklaşdırılır.

  • In what case the profile will be deactivated?

    Aşağıdakı hallarda 1x1.az üzvün hesabını ləğv etmək və ya dayandırmaq hüququna malikdir.

    • 1x1.az İstifadə Qaydaları və ya Şərtləri və ya digər tənzimləmələr pozulduğu halda
    • Kirayə təklifinin originallığı müəyyən edilə bilmədikdə
    • Şəxsi məlumatlar yalnış bildirildikdə
    • Qeyri-qanuni kontentin dərc edilməsi (pornoqrafiya, böhtan, müəllif hüquqları olan şəkillər, ayrı seçkilik əks etdirən dərc, zorakılıq və irqçi paylaşımlar, dini və ya etnik nifrət əks etdirən yayımlar)
    • Mənəvi standartlar pozulduqda
    • İcazə olmadan müəllif hüquqları ilə qorunan əşyaların istifadə, kopya və ya dərc edildikdə
    • Əməkdaşlıq vasitələrindən yalnış məqsədlər üçün (spam və s.) istifadə edildikdə
  • What is the purpose of the Rise in the list?

    Siz elanınızı irəli çəkdikdə, istənilən seçilmiş vaxta görə, elanınızın ön pillələrdə yer alması üçün yenilənməsinə şərait yaradacaqsınız. Bu zaman daha çox izləyici qazanacaqsınız.

  • What payment methods are available?

    Ödənişlər tam təhlükəsiz olaraq MilliKart ödəniş portalı tərəfindən həyata keçirilir. Daha ətraflı məlumat almaq üçün https://millikart.az səhifəsinə daxil ola bilərsiniz.

Your reservations

  • How do I reserve an ad?

    İstədyiniz elanı icarə almaq üçün ilk növbədə onu rezervasiya etməyiniz gərəkdir. Siz, elanın daxilinə girdikdən sonra icarə verən şəxsin məhsulu barəsində bütün məlumatlar sizi qane etdisə o zaman icarə alacağınız tarixi - məhsulu geri qaytaracağınız tarixi seçin və ƏLAQƏ VASİTƏSİNİ GÖSTƏR düyməsini tıklayın. Düyməni tıkladıqdan sonra, yuxarıda qeyd olunacaq əlaqə vasitələri, icarə verən şəxsin əlaqə vasitələri və ismidir. Siz elanın sahibinə, yani icarə verən şəxsə zəng edib məhsul haqqında daha da dəqiq məlumat ala bilərsiniz və ya öz telefon nömrənizi boş xanada qeyd edərək REZERVASİYANI TƏSDİQ ET düyməsini tıklayıb rezervasiyanı davam edə bilərsiniz. Sizin qeyd etdiyiniz telefon nömrəsinə SMS vasitəsi ilə təsdiqləmə şifrəsi gələcəkdir. Həmin şifrəni növbəti boş xanaya daxil etdikdən və KODU TƏSDİQ ET düyməsini tıkladıqdan sonra sizin rezervasiyanız tamamlanmış olacaqdır.

  • How do I accept or decline a reservation?

    Sizin yerləşdirdiyiniz elan digər istifadəçi tərəfindən rezerv edildikdə, sizin telefonunuza SMS gələcəkdir. SMS gəldikdə xahiş olunur 1x1.az saytınada öz profilinizə daxil olasınız və İcarə Sorğuları daxilində rezervasiyanı təsdiq və ya ləğv etmək hüququna maliksinizi. Hər iki halda, sizin qərarınız rezervasiya edən şəxsə SMS göndəriləcəkdir. Rezervasiyanı təsdiq və ya ləğv etməmişdən qabaq siz, rezervasiya alan şəxsə qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  • What is the Reservation calendar?

    Elanın daxilində qeyd edilən icarə təqvimi, elanın tarixlərə görə rezervasiya təqvimini göstərir. Qeyd edilən təqvimdə, yaşıl rənglə boyanan xanalar elanın həmin müddətdə boş olmasını göstərir. Sarı rəngdə qeyd olunan xanalar, elanın sahibi tərəfindən həmin müddətlərdə rezervasiyanı qəbul edilməsini və ya ləğv edilməsinin gözlənilməsini göstərir. Qırmızı rəngdə boyanmış xanalar, elanın həmin müddətdə məşğul olunmasını yani, digər şəxs tərəfindən rezerv edilməsini göstərir və bu halda qırmızı rənglə boyanmış tarixləri siz rezerv edə bilməyəcəksiniz.

Deposit

  • Where is the deposit mentioned?

    Elan yerləşdirdikdə, əgər siz məhsulunuzu icarə götürəcək şəxs tərəfindən məhsula görə sizə Depozit verilməsini istəyirsinizsə o zaman elan yerləşdirdikdə, Daha geniş göstər slaydına tıklayın və orada Depozit almaq istədiyiniz məbləği qeyd edin. Depozit qeyd edildikdə, siz öz özünüzü məhsulun oğurlanması və ya itkisindən sığortalayacaqsınız.

  • Why deposit needed?

    Elanınızda Depozit qeyd edildikdə, siz özünüzü məhsulun oğurlanması və ya itkisindən sığortalayacaqsınız.Depozitin qeyd edilməsi məsləhət görülür.

  • Should the tenant give the deposit to the lessee?

    İcarə alan şəxs, icarə almaq istədiyi məhsulda depozit qeyd olunubsa, o zaman qeyd edilən məbləğə uyğun icarə verən şəxsə depozit verilməlidir və ya icarə verən şəxslə əlaqə saxlayıb bu barədə daha dəqiq danışa bilərsiz.

Payments

  • What options are paid?

    1x1.az saytında kirayə verən şəxs öz elanını irəli çəkmək və ya premium elanlar sırasında yerləşdirmək üçün 1x1.az saytında qeyd olunan məbləği elektron ödəmə vasitəsi ilə həyata keçirə bilər.

  • What is a VIP ad?

    Siz elanınızı VİP etdikdə, xüsusi seçilmiş elanlar sırasında yer alacaqsınız və elanınız avtomatik olaraq ön pilləyə keçəcəkdir. İstədiyiniz müddətdə elanınızı VİP edin və daha çox izləyici qazanın. Bunun üçün elanınızın daxilə girin və sağ tərəfdə qeyd edilmiş Elanı VİP et düyməsinə tıklayın və istədiyiniz tarix üzrə elanınızın VİP qalmasını seçin.

Rating

  • What is rating and what is it for?

    1x1.az hər bir üzvün şəxsiyyətini müəyyən edə bilməz. 1x1.az üzvlər və istifadəçilər üçün “Rəy” və “Qiymətləndirmə” bölməsini yaratmışdır, bunun vasitəsilə əşya sahibi və kirayəçi bir-birləri haqqında rəy bildirə və qiymətləndirmə apara bilərlər. Bu “Rəy” və “Qiymətləndirmə” gələcəkdə həmin üzvlər haqqında məlumat əldə etmək üçün digər üzv və istifadəçilər tərəfindən istifadə edilə bilər. Bir neçə üzv və istifadəçi tərəfindən mənfi rəy bildirimiş və qiymətləndirilmiş üzv veb səhifə tərəfindən platformadan kənarlaşdırılacaqdır.İstifadəçilər arasında etibarlılığın artırılması üçün digər sistemlər də 1x1.az tərəfindən istifadəsi mümkün vəziyyətə gətirilmişdir (məsələn, facebook, google, twitter və s.).

Point

  • How to collect the points? and why are they needed?

    Xalınızı artırmaq üçün ilk növbədə siz öz profilinizin daxilinə keçin. Daha sonra profilinizin şəkili altında olan Xalını artır bölümünə keçin.

    Siz xallarınızı artırmaqla, Elanı irəli çəkə və ya Elanı VİP edə bilərsiniz. Bunu üçün aşağıda qeyd edilən tələbləri əməl etməyiniz gərəkdir:

    1. Yuxarıda qeyd olunan referal linki sosial şəbəkədə paylaşmaqla xallarınızı sürətlə artıra bilərsiniz. Sizin qeyd etdiyiniz referal linkiniz vasitəsi ilə hər qeydiyyatdan keçənə görə sizə 2 xal veriləcəkdir.

    2. Hər əlavə edilmiş elana görə sizə 1 xal veriləcəkdir.

    3. Profilinizin aktivliyinə görə administrasiya tərəfindən sizə xallar veriləcəkdir.

  • How to use points?

    Siz kifayət qədər xal yıqdıqdan sonra, elanınızın daxilinə girərək, sağ tərəfdə yerləşən Elanı irəli çək və ya Elanı VİP et düyməsinə tıklayın. Açılan pəncərədən Xal bölümünü seçin və xallarınızı tam ödənişsiz olaraq istifadə edin.

Location

  • How do I fill the ad address?

    Elanınızı yerləşdirdiyiniz zaman, ən əsas bölümlərdən biri Ünvan bölümüdür. Ünvanınızı tam dəqiqliklə yazmağınız xahiş olur və ya sağ tərəfdə Location ikonu ilə qeyd edilən düyməni tıklayaraq ünvanı xəritədə qeyd edə bilərsiniz. Əgər sizin Kompyuterinizdə, smartfonunuzda və ya planşetinizdə lokasiya açıqdırsa elan yerləşdirdiyiniz ünvan dəqiqliklə avtomatik qeyd ediləcəkdir. O zaman, yerləşdirdiyiniz məhsul qeyd etdiyiniz ünvanda olmasını dəqiq baxınız.

  • How do I find closest ads?

    Əgər siz icarə məhsul götürmək istəyirsinizsə və sizə yaxın olan ərazidə elanları görmək istəyirsinizsə, o zaman siz kompyuterinizdə, planşetinizdə və ya smartfonunuzun ayarlarında Lokasiyanı (Location) açmağınız gərəkdir. Hər bir elanın altında, elanın sizə nə qədər yaxın ərazidə yerləşməsini görəcəksiniz.

Contacts

  • How to contact with administration of the web-site 1x1.az?

    Əlaqə üçün məlumatlar aşağıda yerləşdirilmişdir:

    E-mail: info@1x1.az

    Whatsapp: +994 51 777 5 111

    Telefon: +994 51 777 5 111