Условия Использования

1x1.az veb səhifəsini istifadə etməklə Siz İstifadə Qaydaları və Şərtlərini qəbul edirsiniz. Əgər qəbul etmirsinizsə bu halda veb səhifədən istifadə etməməlisiniz.

Anlayışlar

Aşağıdakı İstifadə Qaydaları (bundan sonra “İstifadə Qaydaları”) http://www.1x1.az (bundan sonra veb səhifə) veb səhifəsinin istifadə qaydalarından və şərtlərindən bəhs edir. Bütün istifadəçilər bütün maddələr haqqında məlumatlanmalıdır və onları qəbul etmiş hesab olunur.

İstifadəçi – veb səhifəyə üzv olan və ya olmayan, veb səhifəyə daxil olan bütün şəxslər.

Üzv – veb səhifənin xidmətlərindən istifadə etmək üçün veb səhifədə qeydiyyatdan keçmiş bütün şəxslər.

Üzvün hesabı – hər bir üzv üçün ayrılmış özəl bölmədir. Bu bölməyə giriş şifrə ilə mümkündür və üzvün şəxsi məlumatları burada əks olunur.

Sahibi – 1x1.az veb səhifəsində əşyalarını kirayə vermək üçün yerləşdirmiş üzv.

Kirayəçi – 1x1.az veb səhifəsində əşyaları kirayə götürən üzv.

Kirayə razılaşması - əşyanın sahibi və kirayəçi arasında əldə edilmiş razılıq, bir tərəfdən əşyanın öncədən razılaşdırılmış tarixdə kirayə verilməsi və digər tərəfədən kirayə üçün öncədən razılaşdırılmış məbləğin ödənilməsi. Razılaşmaya əsasən əşyanın sahibi əşyanı istifadəyə yararlı vəziyyətdə kirayə verməli və kirayə götürən üzv də əşyanı kirayə götürdüyü standartda geri təhvil verməlidir. Əks halda kirayə götürən üzvə maddi cərimə tətbiq olunur.

Kirayə - kirayəçi tərəfindən əşyanın sahibinə əşyanın kirayəsi üçün maddi vəsaitin ödənilməsi.

Kirayə təklifi - əşya sahibi tərəfindən əşyanın kirayə verilməsi haqqında məlumatın veb səhifədə dərc edilməsi.

Rezervasiya – kirayəçi tərəfindən müəyyən kirayə təklifinə kirayə götürmək üçün sorğunun göndərilməsi.

Kirayə təsdiqi – kirayəçi tərəfindən edilmiş rezervasiyanın əşya sahibi tərəfindən online qaydada qəbul edilməsi və beləliklə əşya sahibi və kirayəçi arasında kirayə razılaşmasının yaranması.

Veb səhifənin təsviri

1x1.az özlüyündə kirayə xidmətləri təklif etmir. Veb səhifə əşyalarını kirayə vermək və lazımi əşyanı kirayə götürmək istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Biz əşya sahibi və kirayəçi arasında olan heç bir əməliyyata müdaxilə etmirik. Bu səbəbdən heç bir halda 1x1.az kirayə razılaşmasının bir hissəsi hesab edilə bilməz.

Veb səhifə hər kəs üçün açıq ərazi və sadəcə üzvlər üçün olan özəl bölmədən ibarətdir. Hər kəs üçün açıq ərazi veb səhifədə qeydiyyatdan keçmiş üzvlərin yerləşdirdikləri kirayə təkliflərini görməyə imkan verir. Özəl bölməyə giriş sadəcə istifadəçi adı və şifrə ilə mümkündür. Burada Siz şəxsi məlumatlarınıza daxil ola və orada dəyişikliklər edə bilərsiniz (bundan sonra “üzvün hesabı”), həmçinin kirayə təklifləri dərc edə, rezervasiya sorğusu göndərə, hər hansı əşyaya və ya üzvə rəy bildirə, kirayə təkliflərini idarə edə, qeydiyyatdan keçdiyiniz gündən etibarən hesabızın statistik analizini izləyə və balansınızı artıra bilərsiniz.

Qeydiyyat və Üzvlük Statusunun Şərtləri

Bizim xidmətlər hüquqi müqavilələr imzalaya biləcək Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və digər MDB və Avropa Birliyi ölkələri və ABŞ-dan olan qanuni şəxslər üçün nəzərdə tutulmuşdur. Əgər Siz bu şərtlərə cavab vermirsinizsə veb səhifədə təklif olunan xidmətlərdən istifadə edə bilməzsiniz. Aşağıdakı hallarda bizim xəbərdarlıq etmədən üzvün hesabını ləğv etmək hüququmuz var:

  • 1x1.az İstifadə Qaydaları və ya Şərtləri və ya digər tənzimləmələr pozulduğu halda
  • Kirayə təklifinin originallığı müəyyən edilə bilmədikdə
  • Şəxsi məlumatlar yalnış bildirildikdə
  • Qeyri-qanuni kontentin dərc edilməsi (pornoqrafiya, böhtan, müəllif hüquqları olan şəkillər, ayrı seçkilik əks etdirən dərc, zorakılıq və irqçi paylaşımlar, dini və ya etnik nifrət əks etdirən yayımlar)
  • Mənəvi standartlar pozulduqda
  • İcazə olmadan müəllif hüquqları ilə qorunan əşyaların istifadə, kopya və ya dərc edildikdə
  • Əməkdaşlıq vasitələrindən yalnış məqsədlər üçün (spam və s.) istifadə edildikdə

Üzvün hesabı şəxsidir və 3-cü tərəfə ötürülə bilməz.

Üzvün hesabının müvəqqəti və ya daimi bloklaşdırılması onun 1x1.az-da təklif edilən bütün xidmətlərdən istifadəsini bloklaşdırır.

Üzv Üzvün hesabının idarə edilməsi üçün seçdiyi şifrəni konfidensial (gizli) saxlamağa razılaşır. Şifrə şəxsidir və hər hansı 3-cü tərəfə ötürülə və ya paylaşıla bilməz.

Üzv şifrədən istifadə edən yeganə məsuliyyətli şəxs olması ilə razılaşır. 3-cü tərəfin onların şifrəsindən istifadə edərək yaratdığı öhdəliklər üçün üzv birbaşa məsuliyyət daşıyır.

Eyni zamanda üzv qəbul edir ki, veb səhifə onun Üzv hesabı, istifadəçi adı və şifrəsini veb səhifədən istifadənin sübutu kimi göstərə bilər. Şifrə ilə (Üzvün hesabı vasitəsilə) həyata keçirilmiş bütün əməliyyatlar üzv tərəfindən həyata keçirilmiş əməliyyatlar kimi tanınır.

Üzvün hesabı, profiling qiymətləndirilməsi və rəylər şəxsidir. Bunların başqa şəxsə ötürülməsi qadağandır.

Qeydiyyat zamanı elektron poçt ünvanı (email) və mobil nömrə tələb olunur və bu, veb səhifə və üzv arasında əlaqə vasitələri kimi istifadə olunacaq və Üzvün hesabının tanınması üçün yeganə vasitələrdir. Veb səhifə tərəfindən üzvə göndərilmiş bütün elektron məktublar (email) və mesajlar üzv tərəfindən qəbul edilmiş hesab olunur.

Geolokasiyadan istifadənin maksimallaşdırılması üçün qeydiyyat və ya kirayə təklifinin yerləşdirilməsi zamanı 1x1.az tərəfindən fiziki ünvan tələb olunur.

yüksəldilməsi üçün əşya sahibi rezervasiya sorğusunu qəbul etməmişdən əvvək kirayəçinin ünvanı ona təqdim edilə bilər. Rezervasiya sorğusu qəbul edildikdən sonra əşya sahibinin ünvanı da kirayəçiyə göndərilə bilər.

Xidmət haqqı və Komissiya

Veb səhifəyə giriş, qeydiyyat, istifadə, kirayə təklifinin yerləşdirilməsi və kirayə götürmək tamamilə ödənişsizdir.

Vergilər

1x1.az özlüyündə kirayə xidmətləri təklif etmir. Veb səhifə sadəcə əşyalarını kirayə vermək və lazımi əşyanı kirayə götürmək istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Bu səbəbdən əşyaların kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirə görə yaranacaq hər hansı vergi öhdəliyinə görə 1x1.az məsuliyyət daşımır.

Üzvlərin veb səhifədən istifadə edərək əldə etdiyi gəlirlərə görə yaranmış vergi öhdəliyi əşyanın sahibi və kirayəçi arasındakı razılaşmayla yerinə yetirilməlidir.

Üzvlərin əldə etdiyi gəlirə görə və ya hər hansı digər səbəbdən yaranmış istənilən vergi öhdəliyi və ya digər dövlət rüsumları üçün 1x1.az heç bir məsuliyyət daşımır.

1x1.az veb səhifəsindən aparılan online ödəmələr, yani elanın irəli çəkilməsi və VİP edilməsi kimi əməliyyatlar ödənişli olduğundan, hər edilmiş ödənişə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisidir.

Veb səhifənin Rolu

1x1.az kirayə şirkəti deyil. 1x1.az sadəcə əşyalarını kirayə vermək və lazımi əşyanı kirayə götürmək istəyən şəxsləri bir araya gətirmək üçün yaradılmış bir platformadır. Biz, veb səhifədə yerləşdirilmiş əşyaların keyfiyyəti və təhlükəsizliyi və həmçinin əşya sahibinin əşyanı kirayə verə bilmək imkanı və ya kirayəçinin kirayə haqqını ödəmə imkanı ilə bağlı heç bir məsuliyyət daşımırıq. Kirayə tərəflərinin kirayə əməliyyatını uğurla başa çatdırmasına zəmanət vermirik. Əşya sahibi tərəfindən tələb olunan depozit və ya bütün zəmanət vasitələri əşya sahibinin məsuliyyətindədir. 1x1.az istənilən depozit və ya zəmanət vasitəsi üçün heç bir məsuliyyət daşımır.

Əməliyyatların etibarlılığı və Üzvün təhlükəsizliyi

1x1.az hər bir üzvün şəxsiyyətini müəyyən edə bilməz. 1x1.az üzvlər və istifadəçilər üçün “Rəy” və “Qiymətləndirmə” bölməsini yaratmışdır, bunun vasitəsilə əşya sahibi və kirayəçi bir-birləri haqqında rəy bildirə və qiymətləndirmə apara bilərlər. Bu “Rəy” və “Qiymətləndirmə” gələcəkdə həmin üzvlər haqqında məlumat əldə etmək üçün digər üzv və istifadəçilər tərəfindən istifadə edilə bilər. Bir neçə üzv və istifadəçi tərəfindən mənfi rəy bildirimiş və qiymətləndirilmiş üzv veb səhifə tərəfindən platformadan kənarlaşdırılacaqdır.

İstifadəçilər arasında etibarlılığın artırılması üçün digər sistemlər də 1x1.az tərəfindən istifadəsi mümkün vəziyyətə gətirilmişdir (məsələn, facebook, google, twitter və s.).

Qeyri-məsuliyyət maddəsi

1x1.az üzvlər və istifadəçilər arasındakı heç bir əməliyyata müdaxilə etmədiyindən üzvlər və istifadəçilər 1x1.az-ı (həmçinin onun üzvü olduğu şirkətlər qrupunu, korporativ işçilərini) yarana biləcək bütün öhdəliklərdən azad edir. Üzvlər və istifadəçilər arasında yaranmış münaqişə, şikayət, əşyada zədələnmələr, ödənişdə problemlər və digər hər hansı birbaşa və ya birbaşa olmaya öhdəlik üçün 1x1.az heç bir məsuiyyət daşımır.

Əşya sahibi yerləçdirdiyi kontentin və əşyanın həmin ölkənin qanunlarına və İstafadə Qaydalarına uyğun olması ilə bağlı məsuliyyət daşıyır. Üzvlər tərəfindən dərc edilmiş kontent 1x1.az tərəfindən redaktə edilmir.

Üzv və ya istifadəçi tərəfindən kirayə təklifinə edilmiş hər bir yeni əlavə və ya rəyə edilmiş yeni əlavə qeyri-qauni tərkibli olduğu halda 1x1.az tərəfindən silinə bilər. Üzvlər və ya istifadəçilər yaranmış hər hansı sual yaradan məsələ ilə bağlı bizimlə “Bizimlə əlaqə” butonu vasitəsilə əlaqə saxlaya bilərlər. 1x1.az sorğuları cavablandırmağa məsuliyyət daşıyır.

Məsuliyyətin limitləndirilməsi

Veb səhifədə yerləşdirilmiş hər hansı yalnış, tam olmayan məlumat, tövsiyə və rəy üçün 1x1.az məsuliyyət daşımır. Üzvlər tərəfindən təklif edilən əşya və xidmətlərin keyfiyyətinə görə veb səhifə heç bir məsuliyyət daşımır.

Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı maliyyə itkisinə görə 1x1.az məsuliyyət daşımır.

Veb səhifədən istifadə nəticəsində yaranmış hər hansı birbaşa, birbaşa olmayan və ya digər zərərlər üçün 1x1.az rəhbərliyi, işçiləri, səhmdarları və digər nümayəndələri heç bir məsuliyyət daşımır.

Veb səhifədə yerləşdirilmiş kirayə təkliflər, kontentlər və ya digər materiallarda müəllif hüquqlarının, brendin və ya digər əqli mülkiyyət hüquqlarının pozulnasına görə 1x1.az məsuliyyət daşımır. Həmçinin veb səhifəyə yerləşdirilmiş materialların viruslardan (Trojan horses və s.) azad olduğuna 1x1.az heç bir zəmanət vermir.

Yaranmış hər hansı məlumat, zaman, maddi itkiyə görə 1x1.az heç bir məsuliyyət daşımır.

Kirayə siyahısı, Kirayə təklifi, Rezervasiya və Kirayə razılaşmaları

Kirayə siyahısı və ya Kirayə təkliflərinin təsviri

Kirayə siyahısı və ya kirayə təklifləri kirayə üçün təklif edilən əşyaları, məhsulları və ya malları təsvir edir. Onlar ancaq mətn, sənədlər və şəkillərdən ibarət ola bilər. Kirayə üçün olan bütün əşya, məhsul və mallar uyğun bölmədə yerləşdirilməlidir və müvafiq bölmənin seçilməsi üçün əşya sahibi məsuliyyət daşıyır. Əşya sahibi malın keyfiyyəti və originallığı ilə bağlı 1x1.az veb səhifəsini zəmanətçi olaraq göstərə bilməz.

Əşya üçün tətbiq edilə biləcək əlavə ödənişlər (çatdırılma, depozit, təmir və digər) əşyanın təsviri bölməsində açıq şəkildə qeyd edilməlidir.

Əşyanın sahibi kirayə təklif etdiyi əşyanı kirayəçinin götürməsi üçün müvafiq düzgün ünvan qeyd etməlidir.

Kirayə veriləcək əşya üçün razılaşmada qeyd edilməyən digər vacib məsələlərin əşya təsviri bölməsində qeyd edilməsi vacibdir.

İcarə müqaviləsinin tamamlanması

Əşya sahibi əşyasını kirayə verəcək şəxsi seçməkdə azaddır. Lakin kirayəçi tərəfindən edilən rezervasiya əşya sahibi tərəfindən qəbul edildikdə, əşya sahibi həmin əşyanı kirayəçiyə razılaşdırılmış şərtlərdə kirayə verməlidir.

Fırıldaqçılıq halları

Hər hansı üzvün fırıldaqçılıq halları 1x1.az tərəfindən müəyyən edildikdə həmin üzvün hesabı bloklaşdırılır.

Kirayə təkliflərinin kontenti

Üzvlər və istifadəçilər 1x1.az tərəfindən kontentin yayılması üçün heç bir maliyyə mükafatı tələb etməməyə razılaşırlar.

1x1.az kirayə təkliflərində olan kontenti tamamilə və ya bir hissəsini monitor və redaktə edə bilər.

1x1.az-ın kontentlər üzərində işləmək kimi bir öhdəliyi yoxdur.

Veb səhifədə dərc edilmiş kirayə təkliflərini 1x1.az digər veb səhifələrdə yaya bilər və üzvlər və istifadəçilər də bununla tam şəkildə razılaşır və bunu qəbul edirlər.

İstifadəçi və üzvlər qəbul edir ki, veb səhifəyə yüklənilmiş hər hansı kirayə təklifini 1x1.az kommersiya məqsədi ilə yaya, sata və ya dəyişdirə bilər (şəxsi məlumatlar istisna olmaqla – Gizlilik Qaydalarına bax).

Üzv kirayə təklifində olan bütün kontentin əqli mülkiyyət hüququna malik olduğuna (başlıq, alt-başlıq, vizual elementlər və s.), və həmçinin şəkillərin ona məxsus olduğuna dair zəmanət verir.

Geolokasiya və Gizlilik

1x1.az veb səhifəsinin ən önəmli üstünlüyü onun geolokasiyanı göstərməsidir. Lakin əşya sahibi tərəfindən rezervasiya təsdiq edilənə qədər onun dəqiq ünvanı göstərilmir.

“Google Maps”-dən istifadə edilərək yerləşmə haqqında vizual görüntü verilir. Lakin bu görüntü heç bir zaman ünvanı dəqiqliyi ilə göstərmir. Bu əşya sahibinin dəqiq ünvanının gizlədilməsi üçün tətbiq edilmişdir. Bu, İstifadə Qaydalarında olan gizliliyin qorunması ilə bağlı bölmənin sonudur.

Üzvün hesabının dayandırılması və ya ləğv edilməsi

Aşağıdakı hallarda 1x1.az üzvün hesabını ləğv etmək və ya dayandırmaq hüququna malikdir.

  • 1x1.az İstifadə Qaydaları və ya Şərtləri və ya digər tənzimləmələr pozulduğu halda
  • Kirayə təklifinin originallığı müəyyən edilə bilmədikdə
  • Şəxsi məlumatlar yalnış bildirildikdə
  • Qeyri-qanuni kontentin dərc edilməsi (pornoqrafiya, böhtan, müəllif hüquqları olan şəkillər, ayrı seçkilik əks etdirən dərc, zorakılıq və irqçi paylaşımlar, dini və ya etnik nifrət əks etdirən yayımlar)
  • Mənəvi standartlar pozulduqda
  • İcazə olmadan müəllif hüquqları ilə qorunan əşyaların istifadə, kopya və ya dərc edildikdə
  • Əməkdaşlıq vasitələrindən yalnış məqsədlər üçün (spam və s.) istifadə edildikdə

Modifikasiya

1x1.az istənilən vaxt İstifadə Qaydarları və Şərtlərini dəyişdirmək və ya əlavələr etmək hüququna malikdir. Bütün dəyişikliklər və əlavələr veb səhifədə dərc olunduğu gündən etibarən qüvvəyə minir. Veb səhifədən istifadə etmək İstifadə Qaydalarını və Şərtlərini qəbul etmək kimi qiymətləndirilir. 1x1.az heç bir nəticəyə cavabdehlik daşımadan istənilən zaman istənilən xidməti dayandırmaq və ya ləğv etmək hüququna malikdir.

Xarici əlavələrdən (applikasiya) istifadə

“Google Maps” əlavəsindən istifadə etmək Google Maps İstifadə Qaydaları və Şərtlərini qəbul etmək kimi qiymətləndirilir (http://maps.google.com/help/terms_maps.html).

Google xəritəsində təklif olunan məlumatlar sadəcə təxmini xarakter daşıyır.

Əqli Mülkiyyət

1x1.az veb səhifədə dərc edilən bütün kirayə təklifləri haqqında məlumatlana bilməz. Lakin, məlumatlandırıldıqda hər hansı müəllif hüquqlarının pozulması ilə bağlı olan paylaşım silinəcəkdir. 1x1.az-da olan bütün qrafik, dizayn, təqdimatlar, loqolar və digər materiallar 1x1.az-ın mülkiyyətidir. 1x1.az-ın icazəsi olmadan bunları dərc etmək qadağandır.

Kompensasiya

İstifadəçi və ya üzv 1x1.az-ı, onun sahibini və əməkdaşlarını istifadəçi və ya üzvün səhvi, İstifadə Qaydaları və Şərtlərini pozması və ya öhdəliyini yerinə yetirməməsi nəticəsində yaranmış hər hansı ittihamdan müdafiə etməyi və ya yaranmış hər hansı öhdəliyi öz üzərinə götürməyi qəbul edir və bununla razılaşır. Bu aşağıda əlavə edilmiş və digər ittihamlar daxildir: müəllif hüquqlarının pozulması, gizlilik hüquqlarının pozulması, yalnış prezentasiya, nəşr hüquqlarının pozulması və digər.

1x1.az öz hüquqlarını müdafiə etmək üçün hüquq müdafiəçisi və ya vəkil ilə işləyə bilər, bu halda yaranış bütün ödənişlərin ödənilməsini istifadəçi və ya üzv qəbul edir və razılaşır.

Tərəflər arasında əlaqə

1x1.az istifadəçi və ya üzvlər arasında heç bir əlaqə yaratmır. Bu əlaqə veb səhifənin imkanlarından istifadə edilərək tərəflərin özü tərəfindən yaradılmalıdır.

Əlavə spesifikasiyalar

  • 1x1.az-da digər veb səhifələrə yönləndirmələr (link) mövcud ola bilər, və bu halda 1x1.az digər veb səhifələrin konfidiensallığı və ya gizliliyi haqqında heç bir məsuliyyət daşımır. İstifadəçi və ya üzv digər veb səhifələrin İstifadə Qaydaları və Şərtləri ilə tanış olmalıdır və yaranmış hər hansı öhdəlik üçün istifadəçi və ya üzv özü məsuliyyət daşıyır.
  • 1x1.az üzvlər arasında əlaqə yaratmaq məsuliyyətini daşımır.
  • Veb səhifənin istifadəçiləri və ya üzvləri fiziki şəxslər, hüquqi şəxslər və ya korporativ şirkətlər ola bilər.